Bakıda hoteldə oğurluq hadisəsi baş verib.

"Unikal.org-un xəbərinə görə, hadisə fevralın 29-dan martın 1-dək paytaxtın Yasamal rayon ərazisində yerləşən "Pullman" hotelində qeydə alınıb.

Belə ki, Hindistan vətəndaşı, 1985-ci il təvəllüdlü Mahalinqam Govrishankar Azərbaycana turist kimi gəlib, hoteldə qalan zaman naməlum şəxs onun otağından 2 400 ABŞ dolları dəyərində qızıl boyunbağısını oğurlayıb.

Turist bununla bağlı Yasamal Rayon Polis İdarəsinə ərizə ilə müraciət edib.

Faktla bağlı araşdırma aparılır.