İranda koronavirus epidemiyasına görə futbol matçları dayandırılıb.

Unikal.org IRNA-ya istinadən xəbər verir ki, I, II və III liqalarda oyunların martın 20-dək təxirə salınması qərara alınıb.

Qeyd edək ki, İran Səhiyyə Nazirliyi ölkədə koronavirusdan ölənlərin sayının 92 nəfər olduğunu açıqlayıb. Daha 586 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 2 922 nəfərə çatıb. Eyni zamanda 552 nəfər koronavirusdan sağalıb.