İngiltərədə yaşayan 33 yaşlı Emma adlı qadın 4 aydır birlikdə olduğu sevgilisinin telefonunda onu aldatdığını sübut edən fotolar görüb.
Unikal.org xəbər verir ki, 33 yaşlı qadın bu səbəblə ondan ayrılmaq istədiyini dedikdə sevgilisi Cek dəhşətli əməlini həyata keçirib. O, əşyaları qırmağa və divarları yumruqlamağa başlayıb. Emma ən yaxın dostu olan Cessikaya həyatının təhlükə altında olduğu haqda mesaj göndərib. Bu mesaj isə məhkəmədə sübut olaraq göstərilib.
Onu aldadan sevgilisi Emmanı yumruqlayıb, telefonunu qırıb, kəllə atıb və hətta 33 yaşlı qadının saçlarından tutaraq yerlərdə sürükləyib. Qorxunc hadisə 2 saat davam edib.
Cek Kosta 15 aylıq həbs cəzasına məhkum edilib və 10 il müddətinə Emmaya yaxınlaşmaması barədə qərar çıxarılıb.