Tanzaniyanın prezidenti Con Maqufuli koronavirusdan qorunmaq üçün maraqlı addım atıb.
Unikal.org xəbər verir ki, o, artıq insanları əl ilə yox, ayaqla salamlayır. Onun bu yeniliyinə səbəb koronavirusun dünyada sürətlə yayılması olub.
Qeyd edək ki, Çinin Uhan şəhərindən dünyaya yayılmağa başlayan bu qatil virusa yoluxanların sayı 90 mini ötüb. 3 mindən çox insan isə bu səbəbdən dünyasını dəyişib.