Əməkdar artist Lalə Məmmədova onu kompleksə salan vərdişlərindən söhbət açıb.
Unikal.org xəbər verir ki, ifaçı bu barədə "Show news" verilişinə müsahibəsində danışıb. O bildirib ki, tərbiyyəsiz insanlara qarşı kompleksi var:
“Bu yaxınlarda mənə “Sizin kompleksiniz var” sualını verdilər. Fikirləşdim və tapdım. Əslində bu hər zaman olub amma sonda anladım ki, kompleksdir. Dedim ki, “Yox, Allah nə veribsə onunla qane olan insanam. Nəyisə dəyişmişəmsə, bu başqa məsələdir. Kompleksə görə yox, ürəyimcə olsun deyə etmişəm.
Mənim kompleksim tərbiyəsiz insanlara qarşıdır. Amma elə şeylər var ki, düşünürsən ki, həddindən artıq tərbiyəli olmaq da bir şey deyil. O sözlərə layiq olmaq üçün, eyni qarşılığı vermək lazımdır”