Türkiyənin “Fənərbaxça” klubu boş qalan baş məşqçi postuna Roger Şmidti gətirmək niyyətindədir.
Unikal.org xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Xəbərdə, Super Liqa təmsilçisinin alman mütəxəssisin meneceri ilə görüşdüyü bildirilib.
Lakin Şmidt qərar vermək üçün bir az vaxta ehtiyacının olduğunu bildirib. 52 yaşlı mütəxəssis vətəninə – Almaniyaya qayıdaraq, Bundesliqada işləmək istəyir və alman klublarından təklif gözləyir.
Son olaraq Çinin “Beytsin Qoan” komandasını çalışdıran və hazırda işsiz olan Şmidt, daha əvvəl Almaniyada “Proyssen”, “Paderborn”, “Bayer”, Avstriyada isə “Zalsburq”un “sükanı arxasında” olub.
“Fənərbaxça”da bir müddət əvvəl baş məşqçi Ərsun Yanal vəzifəsindən ayrılmışdı.