Dünyanı təsir edən koronavirus bir çox insana təsir götərərək, indiyə kimi 3 min 286 insanın ölümünə səbəb olub. Bununla bağlı bir çox dövlət qurumları və özəl şirkətlər bu mövzuda tədbirlər görməyə başlayıblar.
Unikal.org məlumat verir ki, koronavirus epidemiyasının qarşısını almaq üçün ABŞ-ın “Starbucks” qəhvə şirkəti mağazalarında şəxsi stəkanlara və termoslara qəhvə verilməyəcəyini açıqlayıb.
Bu barədə açıqlama verən “Starbucks” şirkətinin baş vitse-prezidenti Rossann Villiams: “Biz bunun müvəqqəti olacağına inanırıq”deyə qeyd edib.