İtaliyada koronavirusdan ölənlərin sayı günü-gündən artır.

Unikal.org məlumat verir ki, “Covid-19” kimi tanınan yeni növ koronavirusdan ölənlərin sayı 148-ə çatıb. Bu barədə rəsmi məlumatı Mülki Müdafiə Baş direktoru Angelo Borrelli yerli mətbuata verdiyi açıqlamasında  bildirib.

Qeyd edək ki, ölkədə mövcud olan koronavirus xəstəliyindən əziyyyət çəkən insanların sayı 3 min 858-ə yüksəlib.