İtaliyalı hakimlər Çempionlar Liqası və Avropa Liqasının qarşıdakı oyunlarına təyinat almayacaqlar.

Unikal.org xəbər verir ki, UEFA italyanlara avrokuboklarda matç həvalə etməmək qərarına gəlib.

Qərar koronavirus infeksiyasının həmin ölkədə sürətlə yayılması ilə əlaqədar olaraq verilib. Ötən həftə İtaliyanın 3 referisi - Daniele Orsato ("Real" - "Mançester Siti"), Marko Quida ("Espanyol" - "Vulverhempton") və Davide Massa ("Arsenal" - "Olimpiakos") avrokuboklarda oyun idarə edib.

Qeyd edək ki, İtaliyada artıq 4000-ə yaxın insan koronavirusa yoluxub, onlardan 148 nəfəri ölüb.