Hollivud ulduzu Salma Hayek son etdiyi açıqlama ilə gündəmə gəlib.
Unikal.org xəbər verir ki, 53 yaşlı ifaçı səhərlər üzünü yumadığını etiraf edib:
"Nənəm illər əvvəl səhərlər üz yumağın faydasız bir prosedur olduğunu demişdi. Mənə izah etmişdi ki, gecə ərzində dəri lazımi yağları istehsal edir və özü-özünü nəmləndirir. Sadəcə yatmazdan əvvəl dərinin yuyulması və ya təmizlənməsi kifayətdir. Səhər üzünüz təmiz vəziyyətdə qalır"