İngiltərənin Aşinqton şəhərində dəhşətli qətl hadisəsi baş verib. 

Unikal.org məlumat verir ki, 36 yaşlı Odessaya Kari  adlı qadın eyniadlı 73 yaşlı anasının başını bıçaq və qayçı ilə kəsib. Bundan sonra Odessaya, yaşlı qadının beynini kəllə sümüyündən çıxarıb.

Hadisəni ilk görən onların ailə dostu olub. O, bildirib ki,  73 yaşlı qohumunu bağçada qanlar içində görüb. Daha sonra qatili görən qadın polislərə ifadəsində Odessayanın onu gördükdən sonra əlindəki mavi çantadan anasının kəsilmiş başını diqqətlə çıxardıb sonra gülümsəyərək alnından öpüb çantaya qoyduğunu söyləyib.  

Bundan sonra, hadisə yerinə polis cəlb olunub. Axtarış əməliyyat sistemindən sonra polislər 73 yaşındakı Odessa Karinin başsız cəsədini evdə yataqda tapıblar. Belə ki, qadının kəsilmiş başı və beyni də yataqda olub. 

Dəhşətli qətli törədən36 yaşlı qadın hadisə yerində həbs olunub. İlkin dindirilmə zamanı  O.Kari qətli səbəbsiz törətdiyini etiraf edib. 

Faktla bağlı araşdırma davam edir. 
 

Gülayə Mecid