Dünyanın ən varlı adamı “Amazon” onlayn alış-veriş platformasının qurucusu və icraçı direktoru Jeff Bezos qlobal bazarların enişindən ən çox təsirlənənlərdən biri olub.
Unikal.org xəbər verir ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) hasilatın azaldılması barədə razılaşmadan sonra neft qiymətləri ən aşağı səviyyəyə düşməsi minlərlə şirkətə, eləcə də səhmdarlara böyük təsir göstərib.
Belə ki, bu azalmalar nəticəsində dünyanın 500 ən varlı adamının sərvəti cəmi 238,5 milyard dollar itirib. Bu enişdən ən böyük itkilərdən biri Jeff Bezosda olub.
Qeyd edək ki, Jeff Bezos şirkətin səhmləri 5 faizdən çox düşdüyü üçün bir gündə 5.6 milyard dollar itirib. Təxminən 118 milyard dollar olan Bezosun şəxsi sərvəti 112 milyard dollara düşüb.
Gülayə Mecid