Paraqvayda saxta pasportla saxlanılan Ronaldinyo və qardaşı barəsində 6 aylıq həbs qətimkan tədbiri seçilib.

Unikal.org xəbər verir ki, "Barselona"nın hücumçusu Lionel Messi sabiq komanda yoldaşına kömək etmək niyyətindədi. Argentinalı futbolçunun Ronaldinyonu həbsdən çıxarmaq üçün 4 milyon avro ödəməyə hazır olduğu bildirilir. Həmçinin Leo məsələ ilə bağlı vəkil tutub.
 
Ötən gün Ronaldinyonun həbsxanadan ilk fotosu yayılmışdı.

Messinin "Barselona"dakı ilk qolunun assistini məhz Ronaldinyo edib.