Hollandiyanın Baş naziri Mark Rutte koronavirusun yeni növü (Kovid-19) ilə bağlı böhrandan sonra mətbuat konfransı keçirib.
Unikal.org xəbər verir ki, ölkədə koronovirusun qarşısını almaq üçün baş nazir Rutte çıxışı zamanı: “Bu gündən etibarən əl sıxmağı dayandırırıq” deyə xəbərdarlıq edib.
Belə ki, görüş başa çatdıqdan sonra yanında olan Dövlət Səhiyyə və Ətraf Mühit İnstitutunun direktoru Jaap van Dissel ilə əl-ələ verərək görüşüb.
Qeyd edək ki, nazirlərin əl sıxışması sosial şəbəkədə gündəm yaradıb.
Gülayə Mecid