İranda daha 54 nəfər koronavirusun qurbanı olub.

Unikal.org xəbər verir ki, İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 291 nəfər olduğunu açıqlayıb.

O bildirib ki, daha 881 nəfərdə koronavirus aşkarlanıb və bununla da virus daşıyıcılarının sayı 8 042 nəfərə çatıb.

K.Cahanpur həmçinin 2 731 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını da vurğulayıb.