Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan başçılıq etdiyi nümayəndə heyəti ilə birlikdə Moskvada Rusiya Prezidenti Vladimir Putinlə görüş öncəsi Rusiya telekanalında qapıda gözlədilməsini əks etdirən görüntülərdən danışıb.
Unikal.org-un xəbərinə görə, təyyarədə jurnalistlərin suallarını cavablandıran Ərdoğan Türkiyə-Rusiya əlaqələrini bu cür media manipulyasiyalarına qurban edilməsini yolverilməz hesab edib.
“Bu məsələ ilə bağlı qarşı tərəfdən aidiyyəti şəxslərlə əlaqə saxlanılıb. Rusiya tərəfi bunun məqsədli şəkildə edilmədiyini, özlərinin də bu məsələdən ciddi şəkildə narahat olduqlarını qeyd ediblər. Adi bir prosesin bu cür manipulyasiya edilməsi əslində niyyətinin yaxşı olmadığınının sübutudur. Putinin iş otağı bir ucda, biz isə əks tərəfdə idik. O iş otağından, biz də olduğumuz yerdən çıxana qədər görüş yeri olaraq ortaq bir yerdə görüşdük. Cənab Putin bizi maşına qədər yola saldı. Təbii ki, niyyət pis olanda, bunu yazmırlar, göstərmirlər”, - deyə Ərdoğan vurğulayıb.