UEFA-dan AVRO-2020-nin təxirə salınmasını xahiş edir.
Unikal.org xarici KİV-əistinadən xəbər verir ki, UEFA-ya üzv olan milli futbol federasiyalar koronavirusa görə müvəqqəti dayandırılan yerli çempionatı başa vurmaq üçün Avropa çempionatının başqa vaxta keçirilməsini istəyir.
İtalya mətbuatının iddiasına görə, UEFA prezidenti Aleksandr Çefferinin bu təklifə müsbət yanaşmır.
Qeyd edək ki, AVRO-2020 12 iyun - 12 iyulda keçirilməlidir. Püşkatmanın nəticələrinə əsasən, açılış oyunu iyunun 12-də Romadakı "Olimpiko" stadionunda İtaliya və Türkiyə milliləri arasında olacaq. Bakı Olimpiya Stadionu (BOS) iyunun 13-də Uels - İsveçrə, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də Türkiyə - İsveçrə matçlarına ev sahibliyi edəcək. İyulun 4-də isə BOS-da 1/4 final oyunlarından biri təşkil olunacaq.