Dünyanın gündəmində koronavirusdan daha təhlükəli bir xəstəlik haqqında danışan Türkiyənin Nefrologiya Cəmiyyətinin prezidenti Dr.Kənan Atəş mətbuata bununla bağlı açıqlama verib. 

Unikal.org Türkiyə KİV-ə istinadən xəbər verir ki, “Koronavirusdan bu günə qədər təxminən 4 min insan öldü. Sayı artır, vəziyyət kritikdir. Ancaq hər il böyrək ilə əlaqəli səbəblərə görə 2,5 milyon insan ölür” deyə qeyd edən Dr. Kənan Atəş  həmçinin də: “Böyrək xəstəliyi koronavirusdan daha təhlükəli bir epidemiya içərisindədir” deyə bildirib. 

Belə ki, saatda 285 nəfərin bu xəstəlik üzündən həyatını itirdiyini bildirən Dr.Kənan Atəş böyrəkləri qorumaq üçün bu qaydalara riayət edilməli olduğunu ifadə edərək: “İdeal bir çəkidə olmaq, sağlam qidalanmaq, duzu azaltmaq, hərəkət etmək, siqaret çəkməmək” kimi məsləhətlər verib.  


Gülayə Mecid