Ayın dünyaya ən yaxın olduğu və normaldan daha böyük olduğu “Super Ay” dünən gecə müşahidə edilib.
Unikal.org məlumat verir ki, Türkiyənin Adana şəhərində müşahidə edilən ay təsiredici görüntülər yaradıb.
Belə ki, astronomlar tərəfindən “Super Ay” adlanan ildə bir dəfə müşahidə edilən ayın göüntüləri bu dəfə Adana şəhərinin simvollarından olan Mərkəzi Məscid və tarixi Böyük Saat Qülləsi ilə unudulmaz bir mənzərə yaradıb.
Həmin görüntülər sosial şəbəkələrdə ən çox bəyənilən fotolar olub.
Gülayə Mecid