ATƏT-in katibliyi koronavirusun sürətlə yayılması səbəbindən onlayn-iş rejiminə keçib.
Unikal.org xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç deyib.
Bundan başqa, hokumətin qərarı ilə açıq havada 500 nəfərdən çox, qapalı məkanda isə 100 nəfərdən çox şəxsin iştirakını nəzərdə tutan bütün tədbirlər də COVİD-19 səbəbilə təxirə salınıb.
Son məlumata görə, Avstriyada koronavirusa yoluxanların sayı 157 nəfər təşkil edir.
Qeyd edək ki, 2019-cu ilin sonunda Çində başlayan koronavirus epidemiyası hazırda dünyanın 90-dan çox ölkəsini sarıb və bütün dünyada ümumilikdə bu virusa yoluxanların sayı 110 mini, ölənlərin sayı isə 3 mini keçib.