İngiltərədə avtomobil yolları şirkətində işləyən qadın müdirini məhkəməyə verib.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Kim Beaney adlı qadın müdiri Qrant Bosenkenin ona çılpaq şəkilini də göndərərək mesaj yazdığını iddia edib. 53 yaşlı müdirin Kim Beaneya ümumilikdə 2500 mesaj göndərdiyi məlum olub.
2 ay ərzində gələn mesajlardan bezən 40 yaşlı qadın nəticədə müdirini və başqa bir iş yoldaşını da məhkəməyə verib. Məhkəmənin qərarına əsasən, 2 uşaq anası olan qadına 74 min funt-sterlinq (165 min manat) təzminat ödəniləcək.