Futbol üzrə Fransa çempionatı Liqa 1 və Liqa 2-də oyunlar koronavirus səbəbindən azarkeşsiz oynanılacaq.
Unikal.org xəbər verir ki, sözügedən çempionatlar çərçivəsində keçirilən matçlara aprel ayının 15-nə kimi azarkeşlər buraxılmayacaq.
Fransa Futbol Federasiyası tərəfindən bu gün qəbul edilən qərarda stadionda ən çoxu 1000 nəfər ola biləcəyi qeyd olunub.