Çinin Uhan şəhərində meydana gələn və sürətlə dünyaya yayılan yeni növ koronavirus (Covid-2019) daha bir ölkəni ciddi tədbirlər görməyə vadar edib.
Unikal.org xəbər verir ki, Yunanıstanda məktəb və universitetlərdə dərslər 14 gün müddətinə dayandırılıb. Bu barədə ölkənin Səhiyə Naziri Vasilis Kikilias açıqlama verib.
Qeyd edək ki, Yunanıstanda koronavirusa yoluxanların sayı 89 nəfərə çatıb.