Çinin Uhan şəhərində meydana gələn yeni növ koronavirus (Covid-2019) sürətlə dünya ölkələrinə yayılmağa davam edir.

Unikal.org xəbər verir ki, Avropada koronavirusa yoluxanların və ölənlərin sayının ən çox olduğu ölkə İtaliyadır. Belə ki, bu gün edilən açıqlamada ölkədə 631 nəfərin koronavirus səbəbindən dünyasını dəyişdiyi bildirilib.

Avstriya isə İtaliya ilə sərhədlərini bağlamaq qərarına gəlib. Eyni zamanda ölkədə tədbirlər təxirə salınıb. Məktəblər və universitetlər bağlanıb.