Polşa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Yaroslav Mika yeni növ koronavirusa (Covid-2019) yoluxub.
Unikal.org xəbər verir ki, bu barədə Polşa Müdafiə Nazirliyi məlumat yayıb. Onun Almaniyada bir tədbirdə iştirak etdikdən sonra ölkəyə qayıdarkən koronavirusa yoluxduğu məlum olub.
O, Varşava Hərbi Hospitalında karantin altına alınıb. Bununla birlikdə Polşada koronavirusa yoluxanların sayı 18-ə çatıb.