Məşhur "Koaçella" musiqi festivalının bu il keçirilmə tarixi dəyişdirilib.
Unikal.org xəbər verir ki, buna səbəb isə dünyada sürətlə yayılmağa davam edən koronovirusdur.
Dünyanın ən böyük musiqi festivallarından olan “Koaçella” artıq 20 ildir ki, Kaliforniyanın İndio şəhərində aprel ayında keçirilirdi.
Təşkilatçılar festivalın oktyabr ayında reallaşacağını bəyan ediblər.