Ötən sutka ərzində dünyada koronavirusa 4125 yeni yoluxma halı qeydə alınıb, 203 nəfər ölüb.

Unikal.org xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb.

Təşkilatın məlumatına əsasən, dünyada koronavirusa yoluxanların ümumi sayı 113 min 702 nəfər təşkil edib, onlardan 80 min 924-ü Çində qeydə alınıb. Çində koronavirusdan ölənlərin sayı 3 min 140 nəfərə çatıb, onlardan 17-si ötən sutka ərzində qeydə alınıb.

Təkcə son sutka ərzində Çində 22 nəfər koronavirusun qurbanı olub, virusa daha 24 nəfər yoluxub. Bu barədə Çin Xalq Respublikasının Gigiyena və Səhiyyə Məsələləri üzrə Dövlət Komitəsi bildirib.

Komitənin məlumatına görə, son gün ərzində ölkədə 1 578 xəstə sağalıb. 

Ölkədə virusa yoluxanların sayı 80,7 min nəfərə çatıb. Qeyd edilir ki, onlardan 61,4 min nəfəri sağalıb, 3 158 nəfər ölüb. 

Xatırladaq ki, koronavirus ilk dəfə ötən ilin sonunda Çinin Uhan şəhərində qeydə alınıb.