İngiltərənin Səhiyyə naziri və Mühafizəkar millət vəkili Nadin Doris koronavirusa yoluxub.
Unikal.org ria.ru-ya istinadən xəbər verir ki, bu haqda nazir özü məlumat yayıb. Nadin Doris virus aşkarlandıqdan sonra evdə özünü təcrid edib. Məlumata görə, nazirin vəziyyəti yaxşıdır.
Xatırladaq ki, Böyük Britaniyada koronavirusa yoluxanların sayı 373-ə çatıb.