Futzal liqalarında oyunlar azarkeşsiz keçiriləcək. Bu qərarı Azərbaycan Futzal Federasiyası verib.
Unikal.org xəbər verir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında operativ qərargahının tövsiyəsini (Virusun geniş yayılmasının qarşısının alınması məqsədilə Azərbaycan hökuməti tərəfindən aparılan tədbirlərə dəstək olaraq vətəndaşları bir daha adamların sıx toplaşdığı yerlərdən, qapalı məkanlardan uzaq durmağa, xarici ölkələrə, eyni zamanda risk qrupu ölkələrinə səfərlərini təxirə salmağa, vacib səfərlər zamanı isə qoruyucu tədbirlərə maksimum riayət etməyə (qoruyucu tibbi maska, xüsusi qoruyucu eynək, dezinfeksiyaedici vasitələrdən istifadə və s.) çağırır) nəzərə alan, eyni zamanda koronavirusun yayılmasının qarşısının alınması sahəsində dövlətin həyata keçirdiyi tədbirlərə dəstək olaraq Azərbaycan Futzal Federasiyasının rəhbərliyi martın 19-dək Yüksək, Birinci və İkinci liqaların, eləcə də Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk və cavab oyunlarının azarkeşsiz keçirilməsinə qərar verib.