ABŞ-ın Texas ştatının Hyuston şəhərində məktəbdə dəhşətli hadisə baş verib.
Unikal.org xəbər verir ki, 5-ci sinif şagirdi meyvə şirəsini oğurladığına görə müəllimi tərəfindən zorakılığa məruz qalıb.Belə ki, müəllim azyaşlının başını divara dəfələrlə vuraraq onu yaralayıb.
Qeyd edək ki, məktəbə gələn ana, oğlunun başından böyük bir yara aldığını görərək dərhal onu xəstəxanaya aparıb.
Daha sonra, ana, məktəb rəhbərliyindən, oğlunun başını divara vurulduğu anların təhlükəsizlik kamerasından görüntülərini istəyib. Məktəb rəhbərliyi həmin anda kameranın qeydə almadığını deyəndə qadın məhkəməyə müraciət edib. Hadisəni törədən müəllim və məktəb rəhbərliyi barədə cinayət işi açılıb.