İranın millət vəkili Zuhre İlahiyan bir müddət əvvəl yoluxduğu, Çinin Vuhan şəhərində  meydana gələn və dünyada 4 mindən çox insanın həyatına son verən ölümcül virusu məğlub edib.

Unikal.org İran KİV- istinadən xəbər verir ki,  millət vəkili xəstəxanada müalicə aldıqdan sonra dövlət televiziyasında yayımlanan video mesajla hər kəsə sağaldığını elan edib. 

Belə ki, millət vəkili  həmçinin də, koronovirusdan qorunmaq üçün bir sıra tövsiyələr verib. O, bildirib ki, tez-tez əlləri yumaq, xəstələrdən uzaq durmaq və evdə qorunmaq daha faydalı olduğunu qeyd edib.