Macarıstan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.
Unikal.org xəbər verir ki, bunu hökumətin rəsmi nümayəndəsi Zoltan Kovaç deyib.
Onun sözlərinə görə, yaxın zamanlarda bununla yanaşı digər preventiv tədbirlər də görülə bilər.
Qeyd edək ki, bu günədək Macarıstanda koronavirusa 13 yoluxma halı aşkar edilib. Ölkə ərazisində virusa 8 İran, 1 Böyük Britaniya və 4 Macarıstan vətəndaşı yoluxub.