Dünyaca məşhur maniken Naomi Kampbell koronavirusdan qorunmaq üçün xüsusi geyim və maska geyinib.
Unikal.org xəbər verir ki, xüsusi qoruyucu geyimdən istifadə edərək virusdan ciddi şəkildə qorunduğunu sübut edən manikeni görənlər tanıya bilməyib. 49 yaşlı məşhur maniken təmizkarlığı ilə də hər zaman seçilib.
Belə ki, o ötən il Los-Ancelesdən Nyu-Yorka səyahət edərkən təyyarədə xüsusi bezlərlə öz oturacağını və hətta televizor ekranını təmizlədiyi videonu izləyiciləri ilə paylaşmışdı.