“Müqavilə ilə hələ də "Barselona"ın oyunçusuyam. Mövsüm sonuna kimi belə olmasına qərar verdik və istəyimiz də bu yöndə idi".
Unikal.org xəbər verir ki, bu sözləri türkiyəli futbolçu Arda Turan deyib. Təcrübəli yarımmüdafiəçi Kataloniya klubunda oynayarkən, Messi, Suarez və Neymardan sonra ən yaxşı göstəricilərə sahib futbolçu olmasına baxmayaraq, baş məşqçinin onu heyətə az-az salmasından gileylənib. Ancaq, Arda "Barselona"dan getməyinə peşman olmadığını da deyib:
"Barselona"da ən başlarda özümü önəmsiz biri kimi hiss edirdim, daha sonra Messi, Neymar, Suarezdən sonra ən yaxşı göstəricilərə sahib olmağıma baxmayaraq, yeni məşqçi gəldikdən sonra daha az oynamağa başladım və bu, məni narahat etməyə başladı. Bu səbəblə qərar verməli və mənə edilən çoxsaylı təkliflərdən birini seçməli idim. Belə olmalı idi və oldu. Sözün düzünü desəm, peşman deyiləm. Yeni komandaya keçməklə tanış olmayan təcrübələr yaşadım”.
Futbolçu Messi haqda da danışıb:
"Messi haqda danışmağa ehtiyac yoxdur. Birlikdə oynadığım futbolçular arasından ən yaxşısı Messidir. Onun necə biri olduğunu, oynadığı futbolu hamı bilir, amma mənə görə İnyesta başqa idi. Təcrübəsi, meydanda topa nəzarət etməsi məni ona heyran edirdi".