Koronavirüs epidemiyasının ortaya çıxdığı ilk ölkə olan Çində, virus haqqında insanları məlumatlandıran Türkiyə vətəndaşı Çin polisləri tərəfindən saxlanılıb.
Unikal.org məlumat verir ki, Çinin Xian şəhərində yaşayan və orada ingilis dilini tədris edən gənc müəllim Burak Teoman Çin polisi tərəfindən koronavirusla bağlı yazılar paylaşdığına görə təhdid edilərək, barəsində araşdırma işləri başlanıb.
Hadisə sonrası Türkiyəyə dönmək məcburiyyətində qalan Burak Teoman, Çin Milli Təhsil Nazirliyinin göndərdiyi bir yazı ilə Çinə girməsinin qadağan edildiyini öyrənib.
Gülayə Mecid