Çin Xarici İşlər Nazirliyinin sözçüsü Cao Licien Vuhan şəhərində meydana gələn və tədricən dünyaya yayılan koronavirusun yayılmasında ABŞ-ı günahlandırıb.
Unikal.org məlumat verir ki, Cao Licien “Twitter” hesabından, ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (CDC) direktoru Robert Redfildin şəkillərini əks etdirən video paylaşaraq, Redfildin əvvəllər qripdən ölən bəzi ABŞ vətəndaşlarında aşkarlandığını söyləyib.
Belə ki, “Şəffaf olun. Məlumatlarınızı ictimaiyyətə açıqlayın. ABŞ-ın bizə bir bəyanatı var” deyən Çin Xarici İşlər Nazirliyinin sözçüsü Licien, ABŞ ordusunun koronavirusu gətirdiyini söyləyib.