Çində meydana gələn və dünyaya yayılan və müalicəsi hələ də tapılmayan yeni növ koronavirusun təsiri sürətlə yayılmağa davam edir.
Unikal.org məlumat verir ki, epidemiya ABŞ və Avropanı zəbt etməyə başladıqca virusun əsas mərkəzi olan Çin hər gün daha perspektivli xəbərlərlə gündəmə gəlməyə başlayıb.
Belə ki, dünyada ilk dəfə 2003-cu ildə “Sars” xəstəliyinin dərmanını kəşf edən çinli alim Zhong Nanshan,koronavirusla bağlı açıqlama verib. Alim açıqlamasında virusun iyun ayında tamamilə sona çatacağını qeyd edib.