Dünyada 5 minə yaxın insanın ölümünə səbəb olan koronavirusa tutulanlar ölməkdən, tutulmayanlar isə virusu yoluxmaqdan qorxur.
Unikal.org məlumat verir ki, İtaliyalı vətəndaş koronavirusa yoluxmamaq üçün insanlardan bunun vasitəsilə uzaq durmağa çalışır.
Belə ki, taxtadan ibarət olan iri radiuslu dairə ilə Roma küçələrdə gəzməyə başlayıb. Görənlər tərəfindən çaşqınlığa səbəb olan vətəndaşın bu qorunma vasitəsi sosial şəbəkələrdə gündəm yaradıb.
Qeyd edək ki, İtaliyada ölənlərin sayı 837-ə yüksəlib.