İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) generalı Nasir Şabani koronavirusdan dünyasını dəyişib.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, SEPAH məlumatı təsdiqləyib. Yüksək rütbəli zabitin virusa yoluxduğu və bu səbəbdən vəfat etdiyi bildirilib.

Bundan əlavə, qeyd olunub ki, SEPAH-ın daha 5 hərbi qulluqçusu koronavirusun qurbanı olub. Xəstəliyin hərbçilər arasında yayılacağı istisna edilmir.