Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu 50 yaşlı azərbaycanlı sağalıb.
Unikal.org-un yerli bürosu xəbər verir ki, bu barədə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının tibbi direktoru Marina Ezuqbaya bildirib.
Onun sözlərinə görə, pasiyent 24 saat ərzində həkim nəzarətində saxlanılacaq və təkrar analizdən sonra evə buraxılacaq.
Qeyd edək ki, Gürcüstanda koronavirusa ilk yoluxma halı fevralın 26-da qeydə alınıb. Virus bir həftə İranda olandan sonra Azərbaycan vasitəsilə Gürcüstana qayıdan şəxsdə aşkarlanıb.
Bu günə qədər Gürcüstanda koronavirus diaqnozu 25 şəxsə qoyulub. Karantində 314, stasionar nəzarətdə isə 63 nəfər saxlanılır.