La Liqada çıxış edən futbolçularda ilk koronavirusuna yoluxma halı qeydə alınıb.
Unikal.org xəbər verir ki, "Valensiya"nın üzvü Ezekiel Qaray epidemiyadan əziyyət çəkənlərin sırasına qoşulub. Fevral ayından zədəli olan 33 yaşlı müdafiəçi bu günlərdə koronavirus testindən keçib. Yoxlamanın nəticəsi müsbət olub. Bu barədə futbolçunun özü şəxsi "instagram" hesabında yazıb:
"2020-ci il mənim üçün yaxşı başlamadı. Koronavirus testinin nəticəsi müsbət oldu. Hazırda özümü yaxşı hiss edirəm. Sağlamlığımla bağlı bütün məsləhətlərə qulaq asıram. Yenidən sağlacam".