İspaniyanın “Barselona” klubunun müdafiəçisi Mark Kukurelyanın gələcək karyerasına aydınlıq gəlib.
Unikal.org xəbər verir ki, icarə əsasında “Xetafe”də çıxış edən futbolçu bu klubda qalacaq.
Xetafenin eyniadlı təmsilçisi Kukurelya üçün Kataloniya təmsilçisinə 6 milyon avro ödəyib. Bu, icarə müqaviləsinin şərtlərinə əsasən gerçəkləşib.
Barselonalılar müdafiəçinin gələcək transferindən də qazanacaq. “Xetafe” futbolçunu satsa, məbləğin 40 faizi kataloniyalılara çatacaq.
Qeyd edək ki, bir müddət əvvəl Kukurelya ilə İngiltərə təmsilçiləri “Arsenal”, “Tottenhem” və Almaniya “Bayer”i də maraqlanıb. Bu klublar 21 yaşlı müdafiəçi üçün 25 milyon avro ödəməyə hazır idi.