Yeni növ koronavirus (Covid-19) nəticəsində ölənlərin sayının 5-ə, virusa tutulanların sayının 313-ə çatdığı Avstraliyada höküməti virusla əlaqəli yeni bir qərar alıb.

Unikal.org məlumat verir ki, Avstraliyanın Baş naziri Skott Morrison xaricdən qayıdan hər kəs üçün 14 gün karantin qaydalarına əməl etməsi barədə qərar qəbul edib. Əks təqdirdə  isə həmin şəxslərə pul və həbs cəzası alacağı açıqlanıb. 

Qeyd edək ki, Kovid-19 səbəbiylə 78-95 yaş arasında 5 nəfərin öldüyü Avstraliyada virusa yoluxanların  ümumi sayı 313-ə çatıb.