Xəbər verdiyimiz kimi, Türkiyə Super Liqasının XXVI turunda "Qalatasaray" və "Beşiktaş" komandaları arasında İstanbul derbisi gerçəkləşib. "Türk Telekom Arena"da koronavirus infeksiyası səbəbindən azarkeşsiz keçirilmiş matçda qalib müəyyənləşməyib (0:0).
Qolsuz bərabərə bitən oyunda “Qalatasaray” bir futbolçusunu itirib.
Unikal.org-un məlumatına görə, yarımmüdafiəçi Ömər Bayram zədələnib.
Matçın ikinci hissəsində meydana daxil olan 29 yaşlı hücumameyilli futbolçu sağ əlindən xəsarət alsa da, sarğının köməyi ilə mübarizəni sona qədər davam etdirib. Lakin qarşılaşmadan sonrakı tibbi müayinənin ardından Ömərin əlində qırıq aşkarlanıb. Futbolçu yaxın iki gün ərzində əməliyyat olunacaq.
Qeyd edək ki, hazırda aktivində 50 xal olan “Qalatasaray” liderlərdən 3 xal geri qalır.