Ermənistan hökuməti növbədənkənar iclası zamanı koronavirus səbəbindən ölkədə fövqəladə vəziyyət elan edib.
Unikal.org xəbər verir ki, bu gündən başlayan fövqəladə vəziyyət aprelin 14-dək davam edəcək.
Fövqəladə vəziyyət çərçivəsində xarici vətəndaşların Ermənistana gəlişinə qadağa qoyulacaq. Məhdudiyyət yalnız beynəlxalq təşkilatların nümayəndələri və ailə üzvlərinə tətbiq olunmayacaq.
Bundan başqa ölkədə bütün təhsil müəssisələri bağlanacaq, kütləvi tədbirlər, xəstəxana və həbsxana ziyarətləri, dini mərasimlər, mitinq və nümayişlər qadağandır. Hərbçilərin məzuniyyətə buraxılışı da təxirə salınıb.
Qeyd edək ki, Ermənistanda 30 nəfərdə koronavirus aşkarlanıb, 1 nəfər isə sağalıb.