Bu yay Avropanın 12 ölkəsində keçirilməsi planlaşdırılan AVRO-2020 təxirə salınıb.
Unikal.org xəbər verir ki, bu barədə "New York Times" nəşrinin müxbiri Tariq Panca məlumat yayıb.
İddiaya görə, bu barədə qərar UEFA-nın Avropa Klublar Assosiasiyası (ECA) və Peşəkar Futbolçular Federasiyası (FİFPro) görüşündə elan olunub.
Rəsmi qərarın UEFA-nın quruma üzv olan 55 milli assosiasiya rəsmiləri ilə bugünkü videokonfransında elan olunacağı bildirilib. Saat 18:00-da isə UEFA İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Qərara əsasən, turnir gələn ilin yayında təşkil olunacaq.
Bildirilir ki, UEFA AÇ-2020-nin 4 oyununun keçiriləcəyi Danimarkanın paytaxtı Kopenhagendə əvvəlcədən edilmiş otel rezervasiyalarını ləğv edib.