“Eurovision-2020” musiqi yarışması növbəti il keçiriləcək.
Unikal.org xəbər verir ki, bununla bağlı müsabiqənin təşkilatçıları məlumat yayıb.
Elan olunub ki, koronavirusla əlaqədar müsabiqə gələn ilə qədər təxirə salınıb:
“Müsabiqə gələn il Rotterdamda yeni nömrələr və yeni mahnılarla keçiriləcək. Qaydalara uyğun olaraq, iştirakçılar bu il təqdim etdikləri mahnıları ifa edə bilməyəcəklər. Ancaq iştirakçılar arasında dəyişiklik olmayacaq”.