Əyləncə düşkünü olaraq tanınan ingilislər bu dəfə Müəqddəs Patrik gününü qeyd ediblər.

Unikal.org xəbər verir ki, hər il 17 mart tarixində bəzi ölkələrin yaşıl rəngə bürünməsi ilə yadda qalan Müqəddəs Patrik gününün bu il koronavirus səbəbi ilə izdihamlı keçməyəcəyi təxmin edilirdi. Koronavirusdan ölənlərin sayının 71 nəfərə çatdığı İngiltərədə isə gənclər koronavirusa məhəl qoymadan küçələrə axışıblar.

Onların arasında çoxlu spirtli içkilər qəbul edən gənclər küçələrdə maraqlı görüntülərə səbəb olub. Kimi yerlərdə uzanıb, kimi isə içkinin təsirindən qusub.