İranda ötən sutka ərzində yeni koronavirusdan (COVID-19) 149 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bunu İranın səhiyyə, müalicə və tibbi təhsil nazirinin müavini Əlirza Rəisi deyib. Onun sözlərinə görə, ümumilikdə İranda bu virus nəticəsində 1 284 nəfər ölüb.

Nazirlik rəsmisi ötən sutkada 1 046 nəfərin koronavirusa yoluxduğunu deyib: "Ümumilikdə İranda 18 407 nəfər bu virusa yoluxub. İndiyədək virusdan sağalanların sayı 5 979 nəfər olub".