İstanbulda dəhşətli hadisə baş verib.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, səhər saatlarında baş verən hadisədə küçədə silahlı gəzən Serdar T. adlı şəxs sevdiyini iddia etdiyi Sevgi F. adlı qadına atəş açıb. Qarnından yaralanan qadın qanlar içərisində yerə yıxılıb. 

Yerə dəyib istiqamətini dəyişən güllələrdən biri həmin anda küçədə olan Eray E.-yə tuş gəlib. O, ayağından yaralanıb. Serdar T. isə həmin silahla özünə atəş açıb.

Hadisə yerinə gələn təcili yardım hər 3 yaralını xəstəxanaya aparıb. Sevdiyi qadını ayağından yaralayan Serdar T.-nin həyatını xilas etmək mümkün olmayıb.